Xarkova Rusiyanın hücumu nəticəsində azı 14 nəfər xəsarət alıb
Rus hərbçilər Xarkova hücum həyata keçiriblər. Hücum idarə olunan aviasiya bombaları ilə həyata keçirilib. Nəticədə azı 14 nəfər xəsarət alıb. Bu haqda məlumatı Xarkovun meri İqor Terexov yayır.
Yerli hakimiyyət orqanlarının məlumatına əsasən, zərbə əhalinin sıx məskunlaşdığı rayona endirilib.
İlkin məlumata əsasən, çoxmərtəbəli evlərə, metro stansiyasına, elektrik xətlərinə və mülki infrastruktur obyektlərinə ziyan dəyib.