Xarkov vilayətində pilotsuz uçuş aparatları ilə hücum nəticəsində biri azyaşlı olmaqla 8 nəfər xəsarət alıb
Xarkov vilayətində pilotsuz uçuş aparatları ilə hücum nəticəsində biri azyaşlı olmaqla 8 nəfər xəsarət alıb. Bu barədə məlumatı Ukrayna mediası Xarkov vilayətinin hərbi administrasiyasının rəhbərinə istinadən yayır.
Bununla yanaşı, Ukrayna tərəfinin məlumatına əsasən, bir neçə saat ərzində Kiyev və bir neçə vilayətdə hava həyəcanı elan edilib.