Xarkov regionunda Rusiyanın raket zərbəsi nəticəsində on nəfər həlak olub
Xarkov regionunda Rusiyanın raket zərbəsi nəticəsində on nəfər həlak olub. Bu barədə məlumatı Ukrayna mediası yayır.
Xarkov regionunun qubernatoru Oleq Sinequbov bildirib ki, hücum nəticəsində daha səkkiz nəfər yaralanıb.
Yayılmış məlumata əsasən, hücum nəticəsində 10-a yaxın fərdi yaşayış evi, həmçinin kafe, poçt şöbəsi, mağaza və ən azı 7 avtomobil zərər görüb.
Rusiya ordusunun hücumunun hədəfi həmçinin Ukraynanın Çerniqov bölgəsi olub. Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti bəyan edib ki, Çerniqov vilayətinin Koriukiv rayonunda dron zərbəsindən sonra iki binada yanğın baş verib. Hücum nəticəsində kran və anbar da zərər görüb.