Xarkov dairə hərbi administrasiyasının məlumatına görə, Ukrayna qüvvələri Xarkov rayonunun üç yaşayış məntəqəsindən rus hərbçilərini çıxardılar
Ukrayna qüvvələri əks hücum nəticəsində Xarkov rayonunun üç yaşayış məntəqəsindən rus hərbçilərini çıxardılar. Bu barədə Xarkov dairə hərbi administrasiyasının rəhbəri, Oleq Sinequbov bəyan etdi.
“Cəbhə xəttindən yaxşı xəbərimiz var. Bizim silahlə qüvvələrimiz uğurlu əks hücum həyata keçirdilər. Dünən səhər saatlarında onlar düşmənə qarşı hücum əməliyyatlarına başladılar. Şiddətli döyüşlər gün boyu davam etdi.Bizim bölmələrimiz rus qoşunlarını Derqaçevski rayonunun aşağıdakı yaşayış məntəqələrindən çıxardılar: Bezruk, Slatino, Prudyankadan çıxararaq mövqelərini möhkəmləndirdilər”, – Sinequbov yazır.
Eyni zamanda, Sinegubov bəyan edir ki, Ukraynalı müdafiəçilər İzium istiqamətində müdafiə xətlərini gücləndirməyi davam etdirirlər.
Rusiya silahlı qüvvələri Xarkov şəhərini və bütün bölgənin mülki infrastrukturunu bombalamağı davam etdirir. Təkcə son gün ərzində ruslar Xarkov vilayətini 56 dəfə bombaladılar, nəticədə 2 nəfər öldü, 19 nəfər yaralandı.