Xarici ölkə vətəndaşları yaşıl statusunu təsdiq etmək üçün, ölkələrində verilmiş müvafiq sənədləri təqdim etməsi kifayətdir
Xarici ölkə vətəndaşları yaşıl statusunu təsdiq etmək üçün, ölkələrində verilmiş müvafiq sənədləri təqdim etməsi kifayətdir

Xarici ölkə vətəndaşları yaşıl statusunu təsdiq etmək üçün, ölkələrində verilmiş müvafiq sənədləri təqdim etməsi kifayətdir, – müvafiq dəyişikliklər Gürcüstan hökumətinin qərarına edildi.

Gürcüstanın baş naziri, İrakli Ğaribaşvilinin imzaladığı qərara əsasən, www.covidpass.moh.gov.ge elektron portalında, ərizədə – CovidPass Georgia və Aİ Rəqəmsal COVID Sertifikatı xarici vətəndaşların verdiyi yaşıl statusunu QR statusunu verən ölkə və ya tam peyvənd və ya müvafiq rəsmi idarə tərəfindən verilmiş mənfi PCR-test sənədi əsasında yoxlayır.

İdarələrarası Koordinasiya Şurasının Opetariv Qərargahının rəhbəri, Giorgi Ğibradzenin dediyinə görə, qərarın məqsədi xarici vətəndaşların öz ölkələrində verilən sənədlə yaşıl statusdan istifadə etməsinə imkan yaratmaqdır.

Qərara edilən dəyişiklik artıq qüvvədədir.

Məlum olduğu kimi, üzdəniraq Yaşıl Passport konsepsiyası dekabrın 1-dən qüvvəyə mindi, bu isə, deməkdir ki, vətəndaşlar yalnız “yaşıl passport” prinsipi ilə qarşıdakı yerlərə daxil ola bilərlər: restoranlara, qida obyetlərinə, kafe və barlara, kinoteatrlara, teatrlara, operalara, konsert salonlarının açıq və qapalı yerlərinə, əyləncə mərkəzlərinə, kazinolar və oyun biznesi müəssisələrinə, spa mərkəzlərinə, fitnes zallarına, mehmanxanalara, həmçinin xizək kurortlarının kanat yollarına. “Yaşıl passport” tələbi yalnız 18 yaşdan yuxarı vətəndaşlar üçündür.

Qeyd olunasıdır ki, bir şəxs tam peyvənd olunubsa, 72 saatlıq etibarlılıq PCR-testindən və ya 24 saatlıq etibarlılıq antigen testindən keçibsə və ya koronavirusa məruz qalıbsa, yaşıl statusa malikdir.