Xarici medianın məlumatına görə, ABŞ hərbi hava qüvvələrinin Yəmənə endirdiyi zərbə nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb

14:08, 02.04.2025

ABŞ-ın Yəmənə endirdiyi hava zərbəsi nəticəsində 3 nəfər ölüb, 2 nəfər yaralanıb.

Yerli medianın məlumatına görə, Hodeyda bölgəsi ABŞ-ın hava hücumlarının hədəfinə çevrilib.

Əldə olan məlumata görə, hücum su şirkətinin infrastrukturuna edilib.

Yəmən hökuməti ABŞ-ı mülki infrastrukturu bombalamaqla beynəlxalq hüquq və konvensiyaları pozmaqda ittiham edir.

Eyni zamanda yəmənli “husilər” Amerikanın təcavüzünə cavab olaraq Qırmızı dənizdə üzən ABŞ hərbi gəmilərinə hücum edildiyini iddia edirlər. Yəmən hücumda raketlər və pilotsuz təyyarələrdən istifadə edildiyini bildirir.

Oxşar