Xarici medianın məlumatına əsasən, Tramp Administrasiyası Ukraynadakı müharibəni bitirmək üçün müxtəlif variantları nəzərdən keçirir, onlardan biri işğal edilmiş Krımın Rusiya ərazisi kimi tanınmasıdır
Tramp Administrasiyası müharibəni bitirmək üçün potensial razılaşma çərçivəsində, işğal edilmiş Krımın Rusiya ərazisi kimi tanınmasını nəzərdən keçirir. Bu barədə Ukraynanın media nəşri “Semafor”a istinadən yazır.
Media vasitəsinin mənbələrinin məlumatına əsasən, Donald Tramp Administrasiyası müharibəni bitirmək üçün müxtəlif variantları nəzərdən keçirir, onlardan biri işğal edilmiş Krımın Rusiya ərazisi kimi tanınmasıdır. Amerika tərəfi müvafiq qərar qəbul etmək çağırışı ilə BMT-yə müraciət etməyi istisna etmir.
Bununla yanaşı, nəşr qeyd edir ki, ABŞ Prezidenti hələlik son qərarı qəbul etməyib və bu, yalnız bir variant kimi nəzərdən keçirilir.
“Semafor” 2022-ci ildə “BuzzFeed News”un sabiq baş redaktoru və “The New York Times”ın şərhçisi Ben Smit və “Bloomberg”in sabiq rəhbəri tərəfindən təsis edilmiş media layihəsidir.