Xarici medianın məlumatına əsasən, ötən gecə İsrailin Qəzza sektorunda hərbi əməliyyatı zamanı azı 71 nəfər həlak olub

13:10, 20.03.2025

 

Ötən gecə İsrailin Qəzza sektorunda hərbi əməliyyatı zamanı azı 71 nəfər həlak olub.

Yayılmış məlumata əsasən, həlak olanlar arasında qadınlar və uşaqlar var.

„Al Jazeera“nin məlumatına əsasən, Xan Yunis, Rafah və Beit Lahiya şəhərlərində İsrailin hərbçiləri 11 yaşayış evini dağıdıblar.

Nəşrin məlumatına əsasən, yaşayış zonalarına hücum əhali yuxuda ikən həyata keçirilib.

Bombardman nəticəsində bir çox insan hələ də dağıntılar altında qalıb.

„Al Jazeera“ yazır ki, martın 18-də İsrailin atəşkəs razılaşmasını pozmasından sonra İsrailin hərbi əməliyyatları nəticəsində Qəzza sektorunda 436 nəfər həlak olub, onların 183-ü uşaqdır.

Oxşar