Xarici media - Avropa İttifaqına üzv ölkələr həcmi 150 milyard avro olan və məqsədi Avropanın müdafiəsini möhkəmləndirmək olan yeni müdafiə fondunun yaradılması barədə razılığa gəliblər
Xarici media - Avropa İttifaqına üzv ölkələr həcmi 150 milyard avro olan və məqsədi Avropanın müdafiəsini möhkəmləndirmək olan yeni müdafiə fondunun yaradılması barədə razılığa gəliblər

 

Avropa İttifaqına üzv ölkələr həcmi 150 milyard avro olan və məqsədi Avropanın müdafiəsini möhkəmləndirmək olan yeni müdafiə fondunun yaradılması barədə razılığa gəliblər. Bu barədə məlumatı “Reuters” və “Financial Times” dərc edir.

Avropa İttifaqının diplomatının “Reuters”ə dediyi kimi, Avropa Komissiyasının bu il martda yaradılması təşəbbüsü ilə çıxış etdiyi fond birgə kreditlər hesabına dolacaq və yalnız Avropa İttifaqının üzvlərinə və bəzi digər ölkələrə, o cümlədən Ukraynaya vəsait verəcək. Fonddan ayrılan vəsait dövlətlərin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və Avropanın hərbi sənayesinin inkişafına xərclənəcək.

Brüsseldən alınan kreditlərin köçürülməsi silah sistemlərinin alışı üçün birgə satınalma yolu ilə mümkün olacaq, bu isə Avropanın yenidən silahlanmasını hədəfləyir.

“Financial Times”ın yazdığı kimi, bir neçə aylıq danışıqlardan sonra mayın 19-da fondun yaradılması ilə bağlı siyasi razılıq əldə olunub. Rəsmi olaraq qərar mayın 21-də elan ediləcək.