Xarici İşlər Nazirliyində Maka Boçorişvili və ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun görüşü keçirilir

11:18, 22.04.2025

Gürcüstanın Xarici İşlər Nazirliyində Xarici İşlər naziri Maka Boçorişvili və ATƏT-in Baş katibi Feridun Sinirlioğlunun görüşü keçirilir.

ATƏT-in Baş katibi bu gün Gürcüstana rəsmi səfər edib.

Xarici İşlər Nazirliyində keçiriləcək görüşdən sonra Maka Boçorişvili və Feridun Sinirlioğlu birgə mətbuat bəyanatları verəcəklər.

Səfər çərçivəsində ATƏT-in Baş katibinin Gürcüstanın icraedici və qanunverici hakimiyyətinin yüksək vəzifəli şəxsləri ilə görüşləri planlaşdırılıb. Feridun Sinirlioğlu həmçinin səfər çərçivəsində işğal altındakı ərazilərə də baş çəkəcək.

Oxşar