Xarici İşlər Nazirliyində Cenevrə Beynəlxalq Danışıqlarının 65-ci raunduna hazırlıq görüşü keçirilib
Xarici İşlər Nazirliyində Cenevrə Beynəlxalq Danışıqlarının 65-ci raunduna hazırlıq görüşü keçirilib

 

Gürcüstanın Xarici İşlər Nazirliyində Avropa İttifaqı, BMT və ATƏT-dən olan danışıqların həmsədrləri ilə Cenevrə Beynəlxalq Danışıqlarının 65-ci raunduna hazırlıq görüşü keçirilib. Məlumatı Xarici İşlər Nazirliyi yayır.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, xarici işlər nazirinin müavini və Cenevrə Beynəlxalq Danışıqlarında Gürcüstan nümayəndə heyətinin rəhbəri Laşa Darsalia görüşə gürcü tərəfdən rəhbərlik edib.

“Görüşdə danışıqlar formatının effektivliyinin təmin edilməsinin zəruriliyinə xüsusi diqqət yetirilib. Bu kontekstdə Cenevrə Beynəlxalq Danışıqlarının gündəliyində duran əsas məsələlərə, Rusiya tərəfindən Avropa İttifaqının vasitəçiliyi ilə bağlanmış 2008-ci ilin 12 avqust atəşkəs razılaşması ilə üzərinə götürdüyü beynəlxalq öhdəliklərin yerinə yetirilməsi və məcburi köçkünlərin və qaçqınların təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtması istiqamətində irəliləyişin əldə olunmasının zəruriliyinə diqqət yetirilib.

Qalidə İnsidentlərin Qarşısının Alınması və Reaksiya Mexanizminin (IPRM) heç bir ilkin şərt qoyulmadan bərpa edilməsinin və bəhsi keçən mexanizmin Qali və Erqnetidə mütəmadi, fundamental prinsiplərə müvafiq şəkildə aparılmasının vacibliyi vurğulanıb.

Görüşdə işğal olunmuş regionlarda və işğal xətti yaxınlığında mövcud ciddi təhlükəsizlik, humanitar və insan hüquqları baxımından mövcud vəziyyət məsələsi Gürcüstan tərəfindən kəskin şəkildə qaldırıldı.
Bundan başqa, işğal rejimi tərəfindən Abxaziya regionunda etimadın bərpasına yönəlmiş layihələrin məhdudlaşdırılması və bloklanması cəhdlərinə diqqət çəkildi” – Gürcüstanın Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Cenevrə Beynəlxalq Danışıqlarının 65-ci raundu 2025-ci ilin noyabrın 11-12-də keçiriləcək.