Xarici İşlər Nazirliyi – Venesuela hakimiyyəti Gürcüstanın işğal olunmuş regionlarını müstəqil dövlətlər kimi tanıyıb, ümid edirik ki, son vaxtlar baş verən hadisələr bu qanunsuz qərarın ləğvinə gətirib çıxaracaq

Venesuelada baş verən hadisələrlə bağlı Gürcüstanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Biz Venesuelada cərəyan edən hadisələri diqqətlə izləyirik və ümid edirik ki, gələcək proseslər Venesuela xalqının maraqlarına uyğun inkişaf edəcək. Nəzərə alaraq ki, Venesuela hakimiyyəti beynəlxalq hüququn kobud şəkildə pozulması ilə Gürcüstanın işğal olunmuş regionlarını – Abxaziya və qondarma Cənubi Osetiyanı müstəqil dövlətlər kimi tanıyıb, ümid edirik ki, son dövrlərdə baş verən hadisələr bu qanunsuz qərarın ləğvinə səbəb olacaq; bu isə Gürcüstanın milli maraqlarına və beynəlxalq hüquqi prinsiplərə uyğun olacaq”, – Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunur.