Xarici İşlər Nazirliyi – Nepalda fəlakət zonasında Gürcüstan vətəndaşlarının olması barədə məlumat daxil olmayıb, Nepalda təhlükəsiz vəziyyətdə olan bir neçə Gürcüstan vətəndaşı ilə əlaqə saxlayırıq
Gürcüstanın Xarici İşlər Nazirliyindən bəyan edirlər ki, Nepalda fəlakət zonasında Gürcüstan vətəndaşlarının olması barədə quruma məlumat daxil olmayıb.
Bununla yanaşı, Xarici İşlər Nazirliyinin məlumatına əsasən, müvafiq qurumlarla əlaqə saxlayırlar.
“Gürcüstanın Xarici İşlər Nazirliyi Nepalda təhlükəsiz vəziyyətdə olan bir neçə Gürcüstan vətəndaşı ilə əlaqə saxlayır. İndiyədək fəlakət zonasında Gürcüstan vətəndaşlarının olması barədə nazirliyə məlumat daxil olmayıb. Xarici İşlər Nazirliyi müvafiq qurumlarla daima əlaqə saxlayır” — Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
Nepal rəsmilərinin məlumatına əsasən, daşqın və torpaq sürüşməsi nəticəsində həlak olanların sayı 360-a çatıb, yüzlərlə insan isə hələ də itkin düşmüş hesab olunur.