Xarici İşlər Nazirliyi - Nazirlikdə Avropaya İnteqrasiya üzrə Baş Direktoratlığın ləğv edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil
Gürcüstan Xarici İşlər Nazirliyinin bəyanatına əsasən, nazirlikdə Avropaya İnteqrasiya üzrə Baş Direktoratlığın ləğv edilməsi ilə bağlı yayılan məlumat həqiqətə uyğun deyil.
Qurumdan bəyan edildiyi üzrə, islahat nəticəsində Avropa İşləri üzrə Siyasi Direktoratlıq yaradılacaq və o, Avropa və Avropaya İnteqrasiya Departamentlərini birləşdirəcək.
“Öz növbəsində, Avropaya İnteqrasiya Departamentində ölkənin Avropa İttifaqına inteqrasiya gündəliyinə xidmət edəcək 4 idarə yaradılacaq. Direktoratlığın yaradılması bəhsi keçən vəzifələrin yerinə yetirilməsi üçün Avropa ölkələri ilə münasibətlərin səmərəli koordinasiyasına əlavə töhfə verəcək” – Gürcüstan Xarici İşlər Nazirliyində bəyan edirlər.