Xarici İşlər Nazirliyi Maka Bocorişvilinin Marko Rubionun dəvəti ilə nazirlər toplantısında iştirakı barədə rəsmi məlumat yayır
Gürcüstanın Xarici İşlər Nazirliyi, ABŞ dövlət katibi Marko Rubionun dəvəti ilə Maka Bocorişvilinin Vaşinqtonda planlaşdırılan nazirlər toplantısında iştirakı barədə rəsmi məlumat yayır.
“Vitse-baş nazir, xarici işlər naziri Maka Bocorişvili Amerika Birləşmiş Ştatlarının dövlət katibi Marko Rubionun dəvəti ilə Vaşinqtonda “Siyasi terrorizmin yenidən aktivləşməsi haqqında” nazirlər toplantısında iştirak edəcək” – Xarici İşlər Nazirliyi tərəfindən yayılmış məlumatda deyilir.
Məlumat üçün bildirək ki, Marko Rubio Vaşinqtonda 60-dan çox ölkənin nümayəndə heyətinə ev sahibliyi edəcək. Nazirlər toplantısı cümə axşamı keçiriləcək.