Xarici İşlər Nazirliyi - Maka Bocorişvilinin fransalı həmkarı ilə görüşündə Avropa İttifaqı ilə münasibətlərin adi gündəliyinə qayıdacağına ümid ifadə olundu, Fransanın dəstəyinin əhəmiyyəti vurğulandı
Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Gürcüstanın xarici işlər naziri Maka Bocorişvili Fransa Respublikasının Avropa və xarici işlər naziri Jan-Noel Baro ilə görüşüb.
Gürcüstanın Xarici İşlər Nazirliyi, söhbət zamanı tərəflərin iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə etmələri haqda məlumat verir. Siyasi dialoqun əhəmiyyətinə və ümumi çağırışların öhdəsindən gəlmək üçün fəal ünsiyyətin zəruriliyinə diqqət yönəldilib.
Xarici İşlər Nazirliyinin məlumatında, nazirlərin Gürcüstanın Avropaya inteqrasiya prosesini müzakirə etdikləri deyilir. Avropa İttifaqı ilə münasibətlərin adi gündəliyinə qayıdacağına ümid ifadə olundu. Fransa tərəfindən bu prosesə dəstəyin əhəmiyyəti vurğulandı.
“Həmçinin, regionda təhlükəsizlik baxımından mövcud çağırışlara və Rusiya Federasiyası tərəfindən Gürcüstan ərazilərinin işğalına toxunulub.
Maka Bocorişvili fransalı həmkarına beynəlxalq formatlarda Gürcüstana fəal dəstəyə görə təşəkkür edib.
Görüşdə həmçinin müxtəlif sahələrdə iki ölkə arasında əməkdaşlıq məsələlərini nəzərdən keçiriblər” – məlumatda qeyd olunub.