Xarici İşlər Nazirliyi - Lissabonun funikulyorunda faciəvi qəzaya görə dərin hüzn ifadə edirik, Portuqaliyaya və həlak olanların ailələrinə başsağlığı veririk
Gürcüstanın Xarici İşlər Nazirliyi Lissabonun funikulyorunda baş vermiş qəzaya sosial şəbəkədə münasibət bildirir.
Xarici İşlər Nazirliyi Portuqaliyaya və həlak olanların ailələrinə başsağlığı verir.
“Lissabonun “Gloria” funikulyorunda faciəvi qəzaya görə dərin hüzn ifadə edirik. Bu çətin anlarda Portuqaliyaya və həlak olanların ailələrinə səmimi başsağlığı diləklərimizi çatdırırıq, yaralıların isə tezliklə sağalmasını diləyirik” – Xarici İşlər Nazirliyi yazır.
Məlumat üçün bildirək ki, “Gloria” funikulyorunda vaqon relslərdən çıxıb. Qəza nəticəsində azı 15 nəfər həlak olub, 18 nəfər isə yaralanıb. Portuqaliya hökuməti sentyabrın 4-nü matəm günü elan edib.