Xarici İşlər Nazirliyi - lazım olduğu təqdirdə, quru sərhəddə hərəkətin məhdudlaşdırılmasını da istisna etmirik
Gürcüstan hökuməti, İran ilə uçuşların məhdudlaşdırılmasından sonra, quru sərhəddə hərəkətin məhdudlaşdırılmasını da istisna etmir.
“Bu mərhələdə İrandan Gürcüstana sərnişinlərin gətirilməsi qadağan olunur. Aviaşirkətlər Gürcüstana boş təyyarə ilə gələ bilərlər ki, buradan Gürcüstanda turist kimi olan İran vətəndaşlarını vətənə götürsünlər. Bu mərhələdə hərəkət etmə üçün quru sərhəd qalacaq. Lakin sərt məhduduiyyətlər tədbiq olunacaq və bu istiqamtlə qonşu ölkə ilə fəal işləyirik. Gürcüstan hökuməti hadisələrin inkişafını müşahidə edir və həmçinin qonşu Azərbaycan və Ermənistan ilə fəal işini davam etdirir. Lazım olduğu təqdirdə, quru sərhəddə hərəkətin məhdudlaşdırılmasını da istisna etmirik. Gürcüstan hökuməti artıq Gürcüstan vətəndaşlarına xəbərdarlıq verdi ki, İrana getməkdən tərəddüd etsinlər və artıq İranda olan Gürcüstan vətəndaşları isə, lazım olduğu təqdirdə Gürcüstan Səfirliyinə müraciət etsinlər (+989122997726 qaynar xətt nömrəsi)”, – bəyanatda deyilir