Xarici İşlər Nazirliyi - Krakovda Gürcüstanın Baş Konsulluğu açılacaq
Xarici İşlər Nazirliyi - Krakovda Gürcüstanın Baş Konsulluğu açılacaq

Polşanın Krakov şəhərində Gürcüstanın Baş Konsulluğu açılacaq. Bu barədə Gürcüstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Polşa tərəfi ilə əməkdaşlıq çərçivəsində bu il fevralın 11-də Baş Konsulluğun açılması üçün zəruri olan prosedurlar başa çatdırılıb.

“Baş konsulluğa gələn həftədən fəaliyyətə başlayacaq İoseb Xaxaleyşvili rəhbərlik edəcək”.

Baş Konsulluq aşağıdakı bölgələri əhatə edəcək: Lubelskie, Malopoltskie, Podkarpaskie, Şveitokşiskie. Baş konsulluq Krakovda yerləşəcək və yaxın vaxtlarda rəsmi açılış mərasimi keçiriləcək. Baş Konsulluq Xidməti yuxarıda qeyd olunan konsulluq dairəsində yaşayan Gürcüstan vətəndaşlarına xidmət göstərəcək”, – nazirliyin məlumatında deyilir.