Xarici İşlər Nazirliyi – Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş yanğınla əlaqədar kədərimizi ifadə edirik, bu çətin zamanda həlak olanların ailələrinə və türk xalqına başsağlığı veririk

16:38, 21.01.2025

 
Gürcüstanın Xarici İşlər Nazirliyi Türkiyədə Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş vermiş və insan tələfatı ilə nəticələnən yanğınla əlaqədar başsağlığı verir.

“Türkiyədə Kartalkaya dağ-xizək kurortunda mehmanxanada baş verən yanğınla əlaqədar dərin kədərimizi ifadə edirik. Bu çətin zamanda həlak olanların ailələrinə və türk xalqına dərin hüznlə başsağlı veririk” – Gürcüstanın Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsində dərc olunmuş başsağlığı məktubunda deyilir.

Türkiyənin dağ-xizək kurortunda mehmanxanalardan birində yanğında 10 nəfər həyatını itirib, 32 nəfər yaralanıb.

Oxşar