Xarici İşlər Nazirliyi – İsveçrə Konfederasiyasının Rusiya Federasiyasındakı səfirliyinin Gürcüstan Maraqları Bölməsi Tbilisi-Moskva sərnişin avtobusunda olan Gürcüstan vətəndaşları haqqında məlumat almaq məqsədilə bütün tədbirləri həyata keçirir
Gürcüstan Xarici İşlər Nazirliyi, avqustun 30-da Tbilisidən Moskva istiqamətində hərəkət edən sərnişin avtobusunun Jeleznovodsk şəhəri yaxınlığında yük avtomobili ilə toqquşması barədə məlumat verir. Tələfat və yaralananların olması barədə məlumat yayılıb.
Xarici İşlər Nazirliyindən bəyan edildiyi üzrə, İsveçrə Konfederasiyasının Rusiya Federasiyasındakı səfirliyinin Gürcüstan Maraqları Bölməsi Tbilisi-Moskva istiqamətində hərəkət edən sərnişin avtobusunda olan Gürcüstan vətəndaşları haqqında məlumat almaq məqsədilə bütün tədbirləri həyata keçirir.
“Gürcüstan vətəndaşlarına müvafiq yardım göstərmək məqsədilə Gürcüstan Maraqları Bölməsinin nümayəndəsi hadisə yerinə yola düşüb” – Xarici İşlər Nazirliyindən bəyan ediblər.