Xarici İşlər Nazirliyi — qeyri-immiqrasiya vizalarının verilməsi ilə bağlı zəmanət məbləğinin tətbiqi barədə ABŞ-ın qərarı viza siyasətinin pozulması hallarının yüksək göstəricisi ilə əlaqələndirilir
Gürcüstan vətəndaşları üçün qeyri-immiqrasiya vizalarının verilməsi ilə bağlı zəmanət məbləğinin tətbiqi barədə ABŞ-ın qərarı, təəssüf ki, Gürcüstan vətəndaşları tərəfindən ABŞ-ın viza siyasətinin pozulması hallarının yüksək göstəricisi ilə əlaqələndirilir. Bu barədə ABŞ tərəfi tərəfindən izahat verilib, – deyə Gürcüstan Xarici İşlər Nazirliyində bildirilib.
Xarici İşlər Nazirliyi Gürcüstan vətəndaşlarını ABŞ-ın viza qaydalarına ciddi şəkildə riayət etməyə çağırır.
“Prezident Tramp administrasiyasının sərt immiqrasiya siyasəti məlumdur və bu, konkret addımlarda öz əksini tapır. Bu qərar da sərtləşdirilmiş immiqrasiya siyasətinin tərkib hissəsidir. Buna görə də Gürcüstan vətəndaşlarını ABŞ-ın viza qaydalarına ciddi əməl etməyə və qüvvədə olan viza rejimini pozmamağa çağırırıq. Bu isə Gürcüstana ABŞ tərəfi ilə sözügedən məsələ üzrə işi davam etdirmək imkanı verəcək”, – deyə Gürcüstan Xarici İşlər Nazirliyində bildirilib.
Məlumat üçün qeyd edək ki, ABŞ viza girovu proqramını daha 12 ölkəyə şamil edib və bu ölkələr arasında Gürcüstan da var.