Xarici İşlər Nazirliyi – Dövlət Ukraynadakı Gürcüstan vətəndaşlarına yardım etməkdə davam edir, 3000-ə qədər insana yardım edilib

14:50, 29.03.2022

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, dövlət Ukraynadakı gürcü vətəndaşlarına onların təxliyyəsi, repatriasiyası və ilkin tələbat malları ilə təmin olunmasında yardım göstərməkdə davam edir.

“Bu vaxta qədər Gürcüstanın 3000-ə yaxın vətəndaşına ilkin ehtiyaclar, həmçinin tibbi yardım, nəqliyyat və müvəqqəti yaşayış yerləri daxil olmaqla yardım göstərilib. Onların arasında 100 nəfər Gürcüstan vətəndaşı ötən həftə mütəşəkkil şəkildə vətənlərinə gedib.

“Gürcüstan vətəndaşlarının daşınması üçün Lvov-Varşavaya müntəzəm reyslər, eləcə də Odessadan Ukraynanın sərhədyanı ölkələrinə mütəşəkkil daşımalar həyata keçirilir”, – XİN bildirib.

Onların sözlərinə görə, Ukraynada hərbi əməliyyatlar başlayan kimi Gürcüstanın Ukraynadakı, eləcə də qonşu ölkələrdəki (Polşa, Rumıniya, Moldova, Slovakiya, Macarıstan) diplomatik nümayəndəlikləri fövqəladə vəziyyət rejiminə keçib. Gürcüstanın baş nazirinin tapşırığına əsasən, onlar Gürcüstan vətəndaşlarının və onların ailələrinin vətənlərinə gediş-gəlişini, eləcə də ilkin yardımların göstərilməsini təmin edəcəklər.

Oxşar