Xarici İşlər Nazirliyi - Biz Rusiyanı Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətləri dayandırmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırırıq
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiyanın işğalı altında olan Abxaziya regionunda Gürcüstanın suverenliyini və beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünü kobud şəkildə pozan prezident seçkilərinin keçirilməsini pisləyir.
Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, “Gürcüstanın ayrılmaz ərazilərinin Rusiya tərəfindən işğalı kontekstində və Gürcüstanın işğal olunmuş ərazilərindən məcburi köçkün və qaçqınlara öz evlərinə qayıtmaq imkanının verilmədiyi şəraitdə, yerdə qalan əhali fundamental hüquq və azadlıqların pozulması şəraitində yaşamalı olsa da, işğal olunmuş ərazilərdə keçirilən istənilən seçki beynəlxalq hüququn fundamental norma və prinsiplərinə zidd olduğu üçün qanunsuzdur və heç bir hüquqi nəticə verə bilməz”.
“Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti Gürcüstanın suverenliyi və ərazi bütövlüyünün pozulmasına yönəlmiş hərəkətləri düzgün qiymətləndirməyə və lazımi cavab verməyə çağırır”.
Gürcüstan Xarici İşlər Nazirliyi Rusiya Federasiyasını Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü pozan hərəkətləri dayandırmağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır. Avropa İttifaqının vasitəçiliyi ilə 2008-ci il avqustun 12-də imzalanmış atəşkəs və öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmaq haqqında saziş də daxil olmaqla”. – bəyanatda deyilir.
Bu gün işğal altında olan Abxaziyada prezident seçkiləri keçirilir.