Xarici İşlər Nazirliyi - Avropa Parlamentinin hesabatı Gürcüstan cəmiyyətində qütbləşmə və radikal əhval-ruhiyyəni təşviq etmək üçün növbəti cəhddir
Xarici İşlər Nazirliyi - Avropa Parlamentinin hesabatı Gürcüstan cəmiyyətində qütbləşmə və radikal əhval-ruhiyyəni təşviq etmək üçün növbəti cəhddir

 

Gürcüstanın Xarici İşlər Nazirliyi Gürcüstanla bağlı Avropa Parlamentinin hesabatı haqda press-reliz dərc edir.

Xarici İşlər Nazirliyinin press-relizində qeyd olunduğu kimi, hesabat reallıqdan tamamilə uzaqdır, faktların qəsdən təhrif edilməsi, cəfəng ittihamlar və informasiya ilə manipulyasiya metodlarından istifadə etməklə dezinformasiyanın tirajlanmasına xidmət edir.

“Bu gün, mayın 5-də Avropa Parlamentinin Xarici İşlər Komitəsi Gürcüstan məsələsi üzrə məruzəçi, litvalı avropalı parlamentari Rasa İukneviçienenin müəllifi olduğu Avropa Komissiyasının Gürcüstan haqda 2025-ci ilin hesabatı ilə bağlı hesabata səs verib.

Hesabat reallıqdan tamamilə uzaqdır, faktların qəsdən təhrif edilməsi, cəfəng ittihamlar və informasiya ilə manipulyasiya metodlarından istifadə etməklə dezinformasiyanın tirajlanmasına xidmət edir, bununla da Avropa Parlamentinin nüfuzuna xələl gətirir, gürcü cəmiyyətinin Avropa İttifaqına və onun təsisatlarına olan inamını sarsıdır, bu da ictimaiyyətin əhval-ruhiyyəsində və siyasi dairələrin ədalətli etirazında əks olunacaq” – Xarici İşlər Nazirliyinin press-relizində qeyd olunub.

Press-relizə əsasən, Avropa İttifaqının təsisatlarının gürcü dövlətinə, demokratik təsisatlara, gürcü cəmiyyətinə və dəyərlərinə məqsədyönlü hücumlar təşkil etmək üçün istifadə edilməsi narahatlıq doğurur, o cümlədən Gürcüstanın Ortodoks Kilsəsinə, bu da “millətin dini hisslərini kobud şəkildə təhqir edir”.

“Hesabat Gürcüstan cəmiyyətində qütbləşmə, demokratik yolla seçilmiş hakimiyyəti xalqdan ayırmaq, antidemokratik prosesləri və radikal əhval-ruhiyyəni təşviq etmək üçün növbəti cəhddir.

Gürcü cəmiyyətinə yönəlik şantaj və təhdid qəbuledilməzdir, bu da ölkənin daxili siyasətinə müdaxilə deməkdir və istənilən suveren dövlətin haqlı narahatlığına səbəb olur.

Gürcüstanın xarici siyasət prioritetlərinin və geosiyasi məsələlərinin vasitə olaraq istifadə edilməsi, Avropaya inteqrasiya prosesindən siyasi silah olaraq istifadə edilməsi və Avropa İttifaqına üzvlük prosesində ölkənin milli təhlükəsizliyi ilə birbaşa əlaqəli və regionda əlavə eskalasiya riskləri yaradan ilkin şərtlər irəli sürmək cəhdləri qəbuledilməzdir” – press-relizdə qeyd olunub.

Burdaca Avropa İttifaqının təsisatı tərəfindən bu cür ədalətsiz münasibətin Gürcüstan və Avropa İttifaqı arasındakı münasibətləri sarsıtdığı və ortaq maraqlarımıza zərər vurduğu deyilir.

“Gürcüstan, Avropa İttifaqının məsuliyyətli və sadiq tərəfdaşı olaraq, hörmət, etimad və ortaq dəyərlərə əsaslanan qarşılıqlı faydalı əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyir və Avropa İttifaqının təsisatları tərəfindən konstruktiv və ədalətli yanaşma gözləyir” – Gürcüstanın Xarici İşlər Nazirliyinin press-relizində qeyd olunub.