Xarici İşlər Nazirliyi – Avropa Komissiyasının hesabatının faktiki qeyri-dəqiqliklər və yanlış qiymətləndirmələrlə anti-gürcü narrativlərinin möhkəmlənməsinə dəstək olması, konstruktiv iştirak və dialoq məkanını azaltması narahatlıq doğurur
Xalq tərəfindən böyük üstünlüklə seçilmiş hakimiyyətin və istənilən demokratik cəmiyyətdə seçilmiş hakimiyyətin dövlət və öz seçiciləri qarşısında öhdəliyi olan dövləti idarə etməsini Avropa Komissiyasının hesabatının dövlətin qəsb edilməsi kimi qələmə vermək cəhdi qəbulolunmazdır – bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
“2026-cı ilin noyabrın 4-də Avropa Komissiyası namizəd və potensial namizəd ölkələrin, o cümlədən Gürcüstanın Avropa İttifaqına üzvlük yolunda həyata keçirdiyi səylər haqqında hesabatı əhatə edən Genişlənmə Siyasəti haqqında Birgə Bəyanat dərc edib.
Məlum olduğu kimi, Avropa Komissiyasının hesabatında namizəd ölkələr tərəfindən təqdim olunan məlumat və həmçinin Avropa İttifaqı ilə Assosiasiya Sazişi ilə müəyyən edilmiş dialoq formatları çərçivəsində aparılan iş əsasında il ərzində əldə olunmuş irəliləyiş əks olunur.
Təəssüf ki, hesabat dövründə Avropa İttifaqı tərəfi Avropa Şurasının 2024-cü ilin 27 iyun tarixli yekunları əsasında gürcü tərəfi ilə dialoqun dayandırılması bəhanəsilə Assosiasiya Sazişində nəzərdə tutulmuş heç bir görüşü heç bir səviyyədə keçirməyib, bu da Avropa Komissiyası tərəfindən irəliləyişin obyektiv qiymətləndirilməsi imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
Avropa Komissiyasının hesabatının faktiki qeyri-dəqiqliklər və yanlış qiymətləndirmələrlə anti-gürcü narrativlərinin möhkəmlənməsinə dəstək olması narahatlıq doğurur, bu da öz növbəsində Gürcüstanla Avropa İttifaqının konstruktiv iştirak və dialoq məkanını azaldır.
Xalq tərəfindən böyük üstünlüklə seçilmiş hakimiyyətin və istənilən demokratik cəmiyyətdə seçilmiş hakimiyyətin dövlət və öz seçiciləri qarşısında öhdəliyi olan dövləti idarə etməsini Avropa Komissiyasının hesabatının dövlətin qəsb edilməsi kimi qələmə vermək cəhdi qəbulolunmazdır.
Hesabatın seçmə təhlil əsasında hüquqi məsələlərin siyasiləşdirilməsi cəhdlərinə dəstək olması narahatlıq doğurur, bu da qanunun aliliyi prinsipini sarsıdır və ölkənin daxili işlərinə açıq müdaxilə cəhdidir.
Müxtəlif aktorlar tərəfindən Gürcüstana qarşı yönəlmiş hərəkətlərə dair gürcü siyasətçilərin verdiyi cavab bəyanatlarını düşmən ritorikası kimi qiymətləndirmək söz azadlığı prinsipinə hücumdur, etimadın sarsılmasına xidmət edir və Gürcüstanla Avropa İttifaqı arasındakı tərəfdaşlığın əsaslarına zərər vurur.
Genişlənmə hesabatının Gürcüstanla bağlı böyük ölçüdə qərəzli qiymətləndirmələri səsləndirmək və siyasi spekulasiyaları möhkəmləndirmək üçün istifadə olunmasına baxmayaraq, gürcü tərəfi Avropa Komissiyasının hesabatını ətraflı şəkildə araşdıracaq və əsaslandırılmış şərhlərini Avropa Komissiyasına təqdim edəcək.
Gürcüstanın Xarici İşlər Nazirliyi Gürcüstan hakimiyyətinin qarşılıqlı hörmət əsasında Avropa İttifaqı ilə açıq və konstruktiv dialoqa hazır olduğunu bir daha təsdiqləyir” – Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.