Xarici İşlər Nazirliyi – Avropa İttifaqının nümayəndələrinin Gürcüstanın daxili prosesləri ilə bağlı ritorikası proseslərin obyektiv qiymətləndirilməsinə maneə olur, konstruktiv əməkdaşlığı ləngidir

11:12, 20.10.2026

 

Gürcüstanın Xarici İşlər Nazirliyi Avropa İttifaqının nümayəndələrinin Gürcüstan Konstitusiya Məhkəməsində davam edən məhkəmə icraatı ilə bağlı son bəyanatları ilə əlaqədar narahatlığını ifadə edir – bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanata əsasən, nazirlik, məhkəmə tərəfindən işə mahiyyəti üzrə baxılmazdan əvvəl məhkəmə icraatının legitimliyinin şübhə altına alınmasının və məhkəmə prosesinin əvvəlcədən qiymətləndirilməsinin konstitusiya təsisatına münasibətdə qeyri-münasib təzyiq cəhdi və Gürcüstanın daxili işlərinə müdaxilə olduğunu hesab edir. Halbuki, qanunun aliliyinə hörmət məhkəməyə işə müstəqil, Gürcüstan Konstitusiyasına və qüvvədə olan qanunvericiliyə uyğun olaraq baxmaq imkanının verilməsini tələb edir.

“Nazirlik həmçinin Avropa İttifaqının nümayəndələri tərəfindən Gürcüstanın daxili siyasi və hüquqi prosesləri haqqında verilən bəyanatları və istifadə olunan ritorikanı narahatlıqla qeyd edir, bu da davam edən proseslərin obyektiv qiymətləndirilməsinə maneə olur və Gürcüstan ilə Avropa İttifaqı arasında konstruktiv əməkdaşlığı ləngidir.

Nazirlik bütün müvafiq nümayəndələri davam edən məhkəmə proseslərini əvvəlcədən qiymətləndirə biləcək və ya müstəqil konstitusiya təsisatlarının fəaliyyətinə müdaxilə kimi qəbul edilə biləcək bəyanat və əməllərdən çəkinməyə, qanunun aliliyi, məhkəmənin müstəqilliyi və qarşılıqlı hörmət prinsiplərinə əməl etməyə çağırır” – bəyanatda qeyd olunur.

Oxşar