Xarici İşlər Nazirliyi - Alen Berse "Gürcüstanda münaqişə" adlı birləşdirilmiş (konsolidə edilmiş) hesabatı təqdim edib, o, Gürcüstan tərəfindən münaqişənin sülh yolu ilə həlli siyasətini alqışlayıb
Xarici İşlər Nazirliyi - Alen Berse "Gürcüstanda münaqişə" adlı birləşdirilmiş (konsolidə edilmiş) hesabatı təqdim edib, o, Gürcüstan tərəfindən münaqişənin sülh yolu ilə həlli siyasətini alqışlayıb

 

2025-ci ilin aprelin 30-da Avropa Şurasının nazirlərin müavinlərinin komitəsinin 1527-ci iclasında Avropa Şurasının baş katibinin 31-ci birləşdirilmiş (konsolidə edilmiş) hesabatı – “Gürcüstanda münaqişə” müzakirə olunub. İclasda xarici işlər nazirinin müavini Laşa Darsalia iştirak edib – bu barədə Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, baş katibin 31-ci hesabatı Rusiya tərəfindən işğal olunmuş Gürcüstan bölgələrində və işğal xətti boyunca təhlükəsizlik, insan hüquqları və humanitar baxımdan mövcud ağır vəziyyəti təsvir edir. Hesabat ildə iki dəfə qəbul olunur və 2024-cü ilin oktyabrından 2025-ci ilin mart ayı da daxil olmaqla olan dövrü əhatə edir.

Xarici İşlər Nazirliyinin məlumatında deyildiyi kimi, 31-ci birləşdirilmiş (konsolidə edilmiş) hesabatı Avropa Şurasının baş katibi Alen Berse təqdim edib.

“O, Gürcüstan tərəfindən münaqişənin sülh yolu ilə həlli siyasətini alqışlayıb və qəti şəkildə təsdiq edib ki, Avropa Şurası mandatı çərçivəsində fəaliyyətini, o cümlədən birləşdirilmiş (konsolidə edilmiş) hesabatların qəbulu təcrübəsini davam etdirəcək. Baş katib Rusiya tərəfindən işğal olunmuş Gürcüstanın bölgələrində təhlükəsizlik, humanitar və insan hüquqları baxımından mövcud ağır vəziyyəti, eləcə də Gürcüstan vətəndaşlarının qətlə yetirilməsi faktlarını qınayıb. Baş katib beynəlxalq humanitar mexanizmlərin, o cümlədən Avropa Şurasının institutlarının işğal olunmuş ərazilərə girişinin məhdudlaşdırılması ilə bağlı xüsusi narahatlığını ifadə edib. Baş katib Cenevrə Beynəlxalq Danışıqları formatına dəstəyini ifadə edib və Avropa İnsan Hüquqları Məhkəməsinin olduqca mühüm qərarları haqqında danışıb” – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Qurumun məlumatına əsasən, xarici işlər nazirinin müavini Laşa Darsalia iclasın iştirakçıları qarşısında çıxış edib.

“O, birləşdirilmiş (konsolidə edilmiş) hesabatın qəbuluna və Gürcüstan məsələsinin Avropa Şurasının gündəmində saxlanmasına görə Avropa Şurasının baş katibinə və Nazirlər Komitəsinə təşəkkürünü bildirib. Darsalia iclasın iştirakçılarına hesabat dövründə ərazidə mövcud vəziyyət barədə məlumat verib. O, Rusiya tərəfindən 2008-ci ilin 12 avqust tarixli atəşkəs razılaşmasının pozulmasından və Rusiya tərəfindən Gürcüstan ərazisində effektiv nəzarətin gücləndirilməsindən danışıb. Nazir müavini həmçinin Cenevrə Beynəlxalq Danışıqlarının dinamikasına toxunub. Laşa Darsalia Gürcüstanın bölgələrinin Rusiya tərəfindən işğal olunduğunu və effektiv nəzarəti təsdiqləyən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını vurğulayıb. Sonda, o, Gürcüstan hökuməti tərəfindən münaqişənin sülh yolu ilə həllinə sadiqliyini bir daha təsdiqləyib” – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Gürcüstan Xarici İşlər Nazirliyi Avropa Şurasının baş katibinin 31-ci birləşdirilmiş (konsolidə edilmiş) hesabatını alqışlayır və məsələnin Avropa Şurasının siyasi gündəmində saxlanmasının əhəmiyyətini vurğulayır.