Xarici İşlər Nazirliyi - ABŞ Dövlət Departamentində görüşdə gürcü tərəfi ABŞ ilə münasibəti yenidən başlamağa hazır olduğunu və strateji tərəfdaşlığın yenilənməsinin əhəmiyyətini bir daha vurğuladı
Xarici İşlər Nazirliyi - ABŞ Dövlət Departamentində görüşdə gürcü tərəfi ABŞ ilə münasibəti yenidən başlamağa hazır olduğunu və strateji tərəfdaşlığın yenilənməsinin əhəmiyyətini bir daha vurğuladı

 

Gürcüstanın Xarici İşlər Nazirliyi nazir müavini Laşa Darsalianın Dövlət Departamentində keçirdiyi görüş haqqında məlumat yayır.

Qurumun məlumatında, Laşa Darsalianın Vaşinqtona işgüzar səfəri çərçivəsində fevralın 3-də ABŞ dövlət katibinin köməkçisi Brendan Hanrahan ilə görüşdüyü deyilir.

Nazirliyin məlumatında, həmçinin görüşdə Gürcüstanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Tamar Taliaşvili və ABŞ dövlət katibinin köməkçisinin müavini Sonata Kolterin iştirak etdiyi deyilir.

“ABŞ Dövlət Departamentində keçirilən görüş çərçivəsində tərəflər ikitərəfli münasibətlərin vacib məsələlərini müzakirə ediblər. Gürcü tərəfi ABŞ ilə münasibəti yenidən başlamağa hazır olduğunu və strateji tərəfdaşlığın yenilənməsinin əhəmiyyətini bir daha vurğuladı.

Həmçinin, görüşdə regionda gedən proseslər və Gürcüstanla əməkdaşlıq perspektivləri müzakirə olunub.

Amerika tərəfi Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə qeydsiz-şərtsiz dəstəyini təsdiqləyib” – məlumatda qeyd olunub.

Məlumat üçün bildirək ki, Amerika tərəfi də Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsalianın Dövlət Departamentində görüşü haqqında məlumat yaymışdı.