Xarici İşlər Nazirliyi – Əfqanıstanda olan Gürcüstan vətəndaşlarının vətənə qaytarılaması ilə bağlı David Zalkaliani Mövlüt Çavuşoğlu ilə daim kontaktdadır 

17:53, 16.08.2021

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, Əfqanıstanda olan Gürcüstan vətəndaşlarının vətənə qaytarılaması ilə bağlı Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani türk həmkarı Mevlüt Çavuşoğlu ilə daim kontaktdadır.

Məlum olduğu kimi, Gürcüstan vətəndaşlarının işlə təmin olunma məntəqəsindən aeroport qədər aparılması məh Türkiyənin yardımı ilə baş verməlidir.

“Dünən Gürcüstan Xarici İşlər Nazirliyi Gürcüstanın baş nazirinin tapşırığı ilə, Gürcüstan vətəndaşlarının çıxarılması məqsədilə partnyor ölkələr və təşkilatlarla danışıqlar aparırdı. Ukrayna tərəfi vətəndaşların daşınması üşün hazır idi, lakin Əfqanıstanda mövcud çətin vəziyyətə görə, Gürcüstan vətəndaşları Kabil Aeroportuna qədər gedib çıxa bilmədilər”, – Gürcüstan Xarici İşlər Nzirliyində bəyan edirlər.

Əfqanıstanda olan Gürcüstan vətəndaşları keçmiş hərbçilərdilər və özəl bölmədə işləyirlər, 17 vətəndaş Kanada, altı vətəndaş isə, Amerika şirkətində işlə təmin olunub.

 

Oxşar