Xarici işlər nazirinin müavini Qiorqi Zurabaşvili ATƏT-in yüksək səviyyəli təhlükəsizliyin nəzərdən keçirilməsi konfransında iştirak edib
Xarici işlər nazirinin müavini Qiorqi Zurabaşvili ATƏT-in yüksək səviyyəli təhlükəsizliyin nəzərdən keçirilməsi konfransında iştirak edib

 

Gürcüstanın xarici işlər nazirinin müavini Qiorqi Zurabaşvili iyunun 25-26-da Vyanada keçirilən ATƏT-in yüksək səviyyəli təhlükəsizliyin nəzərdən keçirilməsinin illik konfransında iştirak edib.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına əsasən, Qiorqi Zurabaşvili çıxışında regionda mövcud təhlükəsizlik çağırışlarına diqqət yönəldib, Abxaziya və Sxinvalinin işğal olunmuş bölgələrində yaranmış vəziyyətdən, yerlərdə mövcud çətin humanitar və təhlükəsizlik mühitindən danışıb.

“Qeyd olunmalıdır ki, konfrans çərçivəsində nazir müavini ATƏT-in baş katibi Fereidun Sinirlioğlu və Münaqişələrin Qarşısının Alınması Mərkəzinin direktoru Ketrin Feronla görüşlər keçirib. Görüşlərdə ATƏT-in münaqişənin dinc yolla həlli prosesində mühüm rolu və iştirakı, Cenevrə Beynəlxalq Danışıqlarının gedişi müzakirə olunub, Gürcüstanın təşkilatın prinsiplərinə sadiqliyi bir daha təsdiqlənib və təşkilatın institutları ilə Gürcüstanın məhsuldar əməkdaşlığı qeyd edilib.

Görüşlərdə Gürcüstanın suverenliyinə və ərazi bütövlüyünə tam dəstək bir daha təsdiq olunub” – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında qeyd olunub.