Xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Tbilisidə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri ilə görüşüb
Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi Zurabaşvili Tbilisidə akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri ilə görüş keçirib.
Xarici İşlər Nazirliyinin məlumatına görə, görüş Gürcüstanın “Qrantlar haqqında” qanununa son vaxtlar edilmiş dəyişikliklər və onların tətbiqi məsələlərinə həsr olunub.
“Xarici işlər nazirinin birinci müavini diplomatik nümayəndəliklərin rəhbərlərinə “Qrantlar haqqında” qanunvericiliyə edilmiş dəyişikliklərin detalları və onların icrası ilə bağlı prosedurlar barədə məlumat verib.
Təqdimatdan sonra Gürcüstan tərəfi diplomatik korpusun nümayəndələrinin “Qrantlar haqqında” qanunun tələblərinə əməl olunması ilə bağlı prosedurlara dair suallarını cavablandırıb”, – deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilib.