Xarici İşlər naziri Azərbaycan Respublikasının səfiri ilə vida görüşünü keçirdi
Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Azərbaycan Respublikasının fövqəladə və səlahiyyətli səfiri, Dursun Həsənov ilə vida görüşünü keçirdi. Səfir Gürcüstanda diplomatik missiyasını başa çatdırır.
Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazir Azərbaycan diplomatına Gürcüstanda fəaliyyəti dövründə, iki ölkə arasında mövcud olan yüksək səviyyəli strateji və dost əlaqələrinin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi üçün minnətdarlığını bildirdi.
Görüş zamanı tərəflər iki ölkə arasında əməkdaşlığın gündəmində olan məsələləri müxtəlif istiqamətlərlə müzakirə etdilər.
Görüşün sonunda David Zalkaliani Dursun Həsənova gələcək diplomatik xidmətində uğurlar arzuladı.