Xarici İşlər – Aİ-yə üzvlük üçün ərizə və üzvlük anketinin təqdim edilməsi ilə Gürcüstan Aİ ilə inteqrasiya prosesində mühüm mərhələyə qədəm qoyur

15:29, 11.04.2022

Gürcüstan Aİ-yə üzvlük üçün müraciət etməklə və üzvlük anketini bu gün təqdim etməklə, Aİ-yə inteqrasiya prosesində ölkə üçün keyfiyyətcə yeni, daha iddialı və mühüm mərhələyə qədəm qoyur, – Gürcüstan Xarici İşlər Nazirliyi bildirir.

“Bu, ölkənin müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və qanunvericilik uyğunluğu üzrə hazırlığının qiymətləndirilməsini nəzərdə tutan Aİ prosedurunda nəzərdə tutulan məntiqi addımdır”, – bəyanatda deyilir.

Lüksemburq şəhərində Gürcüstana Aİ-yə namizəd statusunun özünüqiymətləndirmə anketi təqdim olunub, onun əsasında Avropa Komissiyası ölkəyə namizəd statusunun verilməsi ilə bağlı özünün qiymətləndirmə hesabatını (Opinion) hazırlayacaq. Anketi Gürcüstanın Xarici İşlər Naziri İlia Darçiaşviliyə Avropa Qonşuluq və Genişlənmə üzrə komissarı Oliver Varhei təqdim edib.

Oxşar