Xaraqauli munisipalitetində torpaq sürüşməsi nəticəsində itkin düşmüş kişini axtarırlar
Xaraqauli munisipalitetinin Merelisi kəndində 77 yaşlı kişini axtarırlar.
Mövcud məlumatla, torpaq süşrüşməsi baş verərkən kişi malqaranı axtarırdı. Torpaq sürüşməsi prosesi dəmiryolu maqistralında dünən axşam inkişaf etdi. Hadisə yerində Fövqəladə Halların İdarəetmə Xidmətinin xilasediciləri və Gürcüstan Dəmir Yollarının texniki dəstələri işləyir.
Hadisə yerində xüsusi texnika işləyir. Bu vaxt üçün dörd relsdən üçü torpaq altındadır. Yük qatarları bir relsdə hərəkət edirlər. Sərnişin qatarının hərəkəti isə, qadağandır. Nəticədə təmas şəbəkələri və relslər zədələnib.