Xalq müdafiəçisinin nümayəndələri aprelin 7-də Tbilisidə keçirilən etiraz aksiyasında inzibati qaydada saxlanılan 3 nəfəri ziyarət ediblər
Xalq müdafiəçisinin nümayəndələri aprelin 7-də Tbilisidə keçirilən etiraz aksiyasında inzibati qaydada saxlanılan 3 nəfəri ziyarət ediblər. Bu haqda məlumatı Xalq Müdafiəçisinin Aparatı yayır.
Qurumun məlumatına əsasən, onlardan ikisi polis tərəfindən mümkün həddən artıq güc tətbiqi, təhqir və qeyri-müvafiq rəftar barədə məlumat verib.
“Xalq müdafiəçisinin nümayəndələri aprelin 7-də Tbilisidə keçirilən etiraz aksiyasında inzibati qaydada saxlanılan 3 nəfəri ziyarət ediblər. Onlardan ikisi polis tərəfindən mümkün həddən artıq güc tətbiqi, təhqir və qeyri-müvafiq rəftar barədə məlumat verib.
Xalq Müdafiəçisinin Aparatı növbəti hüquqi reaksiyanın verilməsi məqsədilə Xüsusi İstintaq Xidmətinə müraciət edib. Aparat digər hüquq pozuntuları ilə bağlı da müvafiq hüquqi reaksiya verəcək. Hüquq pozuntuları faktları ilə bağlı mövcud məlumatı Xalq Müdafiəçisinin Aparatının “Qaynar xətt” nömrəsi – 1481 vasitəsilə təqdim edə bilərsiniz” – Xalq Müdafiəçisinin Aparatı tərəfindən yayılmış məlumatda deyilir.