Xalq Müdafiəçisinin Aparatı – Ombudsmanın nümayəndələri məhkum Giorgi Davitadzeyə və Davitadzeyə qarşı həyata keçirilən hərəkətlərə etiraz edən digər üç məhbusa baş çəkiblər
Gürcüstan Xalq Müdafiəçisinin nümayəndələri oktyabrın 3-4-də 6 saylı penitensiar müəssisədə olublar. Onlar məhkum Giorgi Davitadzeyə və onunla bağlı baş verənlərə etiraz edən digər üç məhbusa baş çəkiblər. Bu barədə Xalq Müdafiəçisinin Aparatı məlumat yayıb.
“İctimaiyyətə məlumdur ki, 2026-cı il oktyabrın 4-də Giorgi Davitdze ölçüsü kiçik olan bir neçə naməlum əşyanı udub. Xalq Müdafiəçisinin nümayəndəsi ilə görüş zamanı Giorgi Davitdze özünü yaxşı hiss etdiyini bildirib. Bununla yanaşı, o, klinikaya aparılmaqdan imtina edib.
Davitadzenin sözlərinə görə, bu qərar etiraz formasını ifadə edir. O, dəstək göstərdikləri üçün deeskalasiya otaqlarına aparılan məhbuslar kameralara qaytarılmayana qədər klinikaya aparılmağa razı olmayacağını bildirib.
Xalq Müdafiəçisinin nümayəndələri, həmçinin Giorgi Davitadzeyə dəstək ifadə edən məhbuslarla görüşüblər. Onlar etirazın səbəbləri və müəssisədəki şərait barədə danışıblar.
Xalq Müdafiəçisinin Aparatı Giorgi Davitadzeyə qarşı hüquqlarının müdafiəsi məsələsinin monitorinqini davam etdirəcək”, – deyə Ombudsman Aparatının məlumatında bildirilir.