Xalq müdafiəçisi - Ümid edirik ki, Nika Katsia, Qiorqi Axobadze və Tevdore Abramov barəsində bəraət hökmləri düzgün məhkəmə təcrübəsinin inkişafına kömək edəcək
Xalq müdafiəçisi ümid edir ki, Nika Katsia, Qiorqi Axobadze və Tevdore Abramov barəsində bəraət hökmlərinin çıxarılması polis tərəfindən neytral sübutların əldə edilməsi öhdəliyinin təsis edilməsi və düzgün məhkəmə təcrübəsinin inkişafına kömək edəcək – bu barədə xalq müdafiəçisinin bəyanatında deyilir.
Bəyanatda qeyd edildiyi kimi, Gürcüstanın xalq müdafiəçisi Tbilisi Şəhər Məhkəməsinin 2025-ci ilin sentyabrın 3-də Nika Katsia barəsində çıxardığı daha bir bəraət hökmünü təqdir edir.
“2025-ci ilin fevralın 24-də xalq müdafiəçisi Nika Katsianın ittihamı üzrə iş ilə əlaqədar “məhkəmə dostu”nun (Amicus Curiae) rəyi ilə Tbilisi Şəhər Məhkəməsinə müraciət edib, rəydə şəxsin üzərində axtarış zamanı neytral sübutların təmin olunması məqsədilə Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin standartına əməl olunmasının vacibliyinə işarə edirdi.
Xalq müdafiəçisi bir daha qeyd edir ki, hüquq-mühafizə orqanlarının əməkdaşlarının axtarışlar zamanı neytral sübutlar, o cümlədən video qeydlər əldə etmək üçün obyektiv imkana malik olması və bunu etməməsi, ittihamın isə mahiyyətcə yalnız polislərin ifadələrinə əsaslandığı hallar insan hüquqlarına uyğun praktika sayıla bilməz, üstəlik şəxsin məsuliyyətə cəlb edilməsi istiqamətində.
Xalq müdafiəçisi ümid edir ki, Nika Katsia, Qiorqi Axobadze və Tevdore Abramov barəsində bəraət hökmlərinin çıxarılması polis tərəfindən neytral sübutların əldə edilməsi öhdəliyinin təsis edilməsi və düzgün məhkəmə təcrübəsinin inkişafına kömək edəcək” – bəyanatda qeyd olunub.
Məhkəmə narkotik cinayətində təqsirləndirilən Nika Katsianı təqsirsiz hesab edib və məhkəmə zalından azadlığa buraxıb. Prokurorluq apellyasiya qaydası ilə məhkəmənin hökmündən şikayət verəcək.