Xalq Müdafiəçisi onun yanında mövcud olan həkimlər qrupu ilə birlikdə Mixeil Saakaşvilini yoxlamaq üçün Qori Hospitalındandır
Xalq Müdafiəçisi yanında mövcud olan həkimlər qrupu Mixeil Saakaşvilini növbəti dəfə ziyarət edir və pasiyentin tibb yoxlamasını həyata keçirəcək. Həmçinin həkimlər tibbi qeydlərlə tanış olacaqlar və sonra güman edildiyinə görə, ənənəvi olaraq onların edilmiş və ya ediləcək müalicə ilə bağlı yekun qərarı və rekomendasiyaları olacaq, – bu barədə Xalq Müdafiəçisi, Nino Lomcariya Qori Hospitalına daxil olana qədər bəyan etdi.
Nino Lomcariyanın dediyinə görə, Xalq Müdafiəsi Ofisi Mixel Saakaşvilinin sağlamlığı vəziyyəti ilə bağlı elə onun yaratdığı şuranın yekun qərarına əsaslanır.
“Xalq Müdafiəçi öz, yəni mən tərəfoindən yaradılan həkimlər şurasının nəticələrinə əsaslanır, buna görə də tibbi qiymətləndirmə və tövsiyələr verərkən biz bu qrupun qərar və nəticələrinə istinad edəcəyik. Sözsüz ki, biz alternativ nəticələrə də baxacağıq, lakin öz qiymətləndirmələrimizi nəzərə alaraq hərəkət edəcəyik”, – Lomcariya qeyd etdi.
Bununla yanaşı, Xalq Müdafiəçisinin sözlərinə görə, bu gün nevropatoloqla birlikdə Mixail Saakaşviliyə psixiatr da baş çəkəcək.
“Sonuncu vizitdən sonra biz tövsiyələr verdik və tövsiyələrdən biri də bu idi ki, xəstənin idarə olunması və müalicəsi zamanı bəzi stresslər olduğu üçün psixiatr və psixoloqun iştirakı məsləhətdir. Həmçinin, alternativ ekspertlər, vəkillər və şəxsi həkimlər tərəfindən bu sahədə müəyyən problemlər olduğu səsləndirildi, buna görə bu sahədə müvafiq ekspertizanın əlavə edilməsini zəruri hesab etdik. Bu gün nevroloqla birlikdə psixiatr da işləyəcək ki, doza ilə bağlı narahatçılığı dəyərləndirək. O cümlədən biz tərəfindən verilən rekomendasiyalar yerinə yetirildi ya yox. Düşünürəm, bu gün mənzərənə tam şəkildə dəyərləndirəcəyik”, – Lomcariya bəyan etdi.