Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani bu gün, yanvarın 21-də 5 saylı Cəzaçəkmə Müəssisəsində Mzia Amağlobelini ziyarət edib, onun saxlanma şəraiti və hüquqlarının müdafiəsi vəziyyəti ilə tanış olub. Məlumatı Xalq Müdafiəçisi Aparatı yayır.
Onların məlumatına əsasən, İoseliani saxlanılma şəraiti və polis tərəfindən yol verilmiş mümkün qeyri-müvafiq rəftar haqda məlumatı jurnalistdən şəxsən dinləyib, həmçinin ittiham işi və istifadə edilən həbs haqda danışıblar.
“Xalq müdafiəçisinin nümayəndələri Mzia Amağlobelini saxlanıldığı gün – müvəqqəti saxlama təcridxanasında və daha sonra cəzaçəkmə müəssisəsində də ziyarət ediblər.
Mzia Amağlobeliyə onun işi ilə bağlı xalq müdafiəçisi və onun aparatı tərəfindən görülmüş hüquqi tədbirlər, o cümlədən xalq müdafiəçisinin Kutaisinin Apellyasiya Məhkəməsinə müraciət etdiyi “məhkəmənin dostunun” rəyi haqda məlumat verilib.
Xalq müdafiəçisi ümid edir ki, Kutaisinin Apellyasiya Məhkəməsi “məhkəmənin dostunun” rəyində göstərilən halları nəzərə alacaq və lazım gələrsə, Mzia Amağlobeli barəsində proporsional və əsaslandırılmış qətimkan tədbirinin tətbiqinə baxacaq” – Xalq Müdafiəçisi Aparatının məlumatında deyilir.