Xalq müdafiəçisi Levan İoseliani Strasburqda Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O Flaert ilə görüşüb
Xalq müdafiəçisi Levan İoseliani Strasburqda Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O Flaert ilə görüşüb

 

Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani Strasburqda Avropa Şurasının insan hüquqları üzrə komissarı Maykl O Flaert ilə görüş keçirib.

Xalq müdafiəçisinin aparatının məlumatına əsasən, insan hüquqları üzrə komissar Gürcüstanda insan hüquqlarının müdafiəsi baxımından mövcud vəziyyətlə bağlı xalq müdafiəçisinin mövqeyi ilə detallı şəkildə tanış olub.

“Həmçinin, cari və son vaxtlar həyata keçirilən qanunvericilik dəyişikliklərini, o cümlədən xalq müdafiəçisinin aparatının insan hüquqlarının müdafiəsi prinsiplərinə uyğunlaşdırmaq üçün intensiv şəkildə çalışdığı “Qanunla münaqişədə olan yetkinlik yaşına çatmayanların reabilitasiyası və dəstək haqqında” parlament təşəbbüsünü müzakirə ediblər; Mzia Amağlobelinin səhhəti və penitensiar müəssisələrə yerləşdirilən etiraz aksiyalarında saxlanılan şəxslərin vəziyyəti, ictimai təşkilatların iş şəraiti və digər aktual məsələlər haqda danışıblar. Görüşdə Levan İoseliani Avropa Şurasının insan hüquqları üzrə komissarının ofisi ilə Gürcüstanın xalq müdafiəçisinin aparatı arasında mövcud sıx əməkdaşlığın davam etdirilməsinin əhəmiyyətini vurğulayıb” – məlumatda deyilir.