Xalq müdafiəçisi Levan İoseliani Gürcüstanda olan avropalı parlamentarilər ilə görüşüb
Xalq müdafiəçisi Levan İoseliani Gürcüstanda olan avropalı parlamentarilər ilə görüşüb

 
Xalq müdafiəçisi Levan İoseliani Gürcüstanda olan avropalı parlamentarilər ilə görüşüb. Bu haqda məlumatı Xalq Müdafiəçisi Aparatı yayır.

Qurumun məlumatında Levan İoselianinin avropalı parlamentarilər ilə cari hadisələr haqda danışdığı deyilir.

“Dekabrın 12-də Gürcüstanın xalq müdafiəçisi Levan İoseliani Gürcüstanda olan avropalı parlamentarilər ilə görüşüb. Görüşdə xalq müdafiəçisi qonaqları idarənin mandat və səlahiyyətləri ilə tanış edib, qurumun cari hadisələrlə bağlı rolundan, o cümlədən aksiyalarda saxlanılmış və xəsarət almış şəxslərlə bağlı əldə edilmiş məlumatın işlənilməsi və istintaqa verilməsi mexanizmlərindən danışıb.

Avropalı parlamentarilər Xalq Müdafiəçisi Aparatının müstəqillik və fəaliyyət azadlığı keyfiyyəti ilə də maraqlanıblar. Həmçinin, görüşdə xalq müdafiəçisinin birinci müavini Tamar Qvaramadze iştirak edirdi” – Xalq Müdafiəçisi Aparatı tərəfindən yayılmış məlumatda deyilir.