Xalq müdafiəçisi Levan İoseliani Gürcüstan vətəndaşlarını Konstitusiya Günü münasibətilə təbrik edir
Xalq müdafiəçisi Levan İoseliani Gürcüstan vətəndaşlarını Konstitusiya Günü münasibətilə təbrik edir. Bu barədə Baş Prokurorluq məlumat yayıb.
“Bu ali qanun bütövlükdə cəmiyyətin, onun hər bir üzvünün qanuni hüquqlarını qoruyur və tənzimləyir, ölkənin demokratik inkişafı, iqtisadi azadlığın, sosial-hüquqi dövlətin bərqərar olması üçün fundamental normalar müəyyən edir.
Gürcüstan Konstitusiyasının ikinci fəslində əsas insan hüquqlarından bəhs edilir, bunun əsasında Xalq Müdafiəçisi Gürcüstan ərazisində insan hüquq və azadlıqlarının qorunmasına nəzarət edir, onların pozulması faktlarını aşkar edir, pozulmuş hüquqların bərpasına töhfə verir. Gürcüstan parlamenti 1921-ci il Konstitusiyasının tarixi-hüquqi irsinə əsaslanaraq, 1995-ci il avqustun 24-də Gürcüstan Konstitusiyasını qəbul etdi”. – bu barədə agentliyin yaydığı məlumatda deyilir.