Xalq müdafiəçisi İrakli Ğaribaşvilinin ictimai bəyanatında göstərilən məsələlərin öyrənilməsinə başlayıb

13:40, 10.11.2026

 

Gürcüstanın xalq müdafiəçisi İrakli Ğaribaşvilinin ictimai bəyanatında göstərilən məsələlərin öyrənilməsinə başlayıb.

Xalq müdafiəçisinin bəyanatında deyildiyi kimi, Levan İoseliani bəyanatda təsvir olunan ehtimal edilən təzyiq, şantaj və məcburetmə faktları üzrə istintaqın başlaması və həyata keçirilmiş tədbirlər barədə məlumat almaq üçün müvafiq istintaq qurumlarına müraciət edir.

“Xalq müdafiəçisi öz səlahiyyəti çərçivəsində, həmçinin ictimai bəyanatda göstərilən digər ehtimal edilən hüquq pozuntusu faktlarını, o cümlədən məhkəmə iclasının qapalı keçirilməsinin hüquqi əsaslarını, müdafiə tərəfinin sübutlar təqdim etməsi və işin materiallarına çıxış ilə bağlı məsələləri öyrənəcək” – Xalq müdafiəçisinin bəyanatında deyilir.

Oxşar