Xalq müdafiəçisi - Dövlət Təhlükəsizliyi Xidmətini müttəhimlər Levan Xabeişvili və Murtaz Zodelavanın yanına onların maraqlarını müdafiə edən vəkillərin buraxılmasını dərhal təmin etməyə çağırırıq
Vəkilin Gürcüstanın xalq müdafiəçisinə açıq müraciətindən məlum olub ki, bir neçə saat ərzində vəkillərə Levan Xabeişvili və Murtaz Zodelava ilə görüşmək imkanı verilməyib – bu haqda Gürcüstanın xalq müdafiəçisinin bəyanatında qeyd olunub.
Bəyanatda deyildiyi kimi, müdafiə hüququ Gürcüstan qanunvericiliyi ilə təmin edilir və istintaq qurumları bu hüququn səmərəli həyata keçirilməsinə maneə olmamağa borcludur.
“Dövlət Təhlükəsizliyi Xidmətini müttəhimlər Levan Xabeişvili və Murtaz Zodelavanın yanına onların maraqlarını müdafiə edən vəkillərin buraxılmasını dərhal təmin etməyə çağırırıq” – bəyanatda qeyd olunub.