Xalq müdafiəçisi Bolnisi Munisipalitetində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəyanat yayır
Xalq müdafiəçisi Bolnisi Munisipalitetində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəyanat yayır

 

Xalq müdafiəçisi Levan İoseliani Bolnisi Munisipalitetinin Naxiduri kəndində baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı bəyanat yayır.

Bəyanatda qeyd olunduğu kimi, bu faciəvi hadisə bir daha qanunun aliliyi, bərabərlik və yol təhlükəsizliyinin qorunması kimi cəmiyyətdə mövcud mühüm çağırışlara işarə edir.

“Dünən Naxiduridə iki azyaşlının həlak olması ilə nəticələnən faciəvi yol-nəqliyyat hadisəsinə görə dərin kədərimi ifadə edirəm. Bu ağır gündə dünyasını dəyişənlərin ailələrinə və dostlarına başsağlığı veririk. Bu faciəvi hadisə bir daha qanunun aliliyi, bərabərlik və yol təhlükəsizliyinin qorunması kimi cəmiyyətimizdə mövcud mühüm çağırışlara işarə edir. Bütün uşaqların təhlükəsiz mühitdə yaşamaq kimi fundamental hüququ var, bu da təhlükəsiz yolları və ictimai yerlərə çıxışı əhatə edir. Biz aidiyyatı qurumları oxşar faciələrin qarşısını almaq üçün müvafiq yol nişanları, sürət həddi və əhali arasında maarifləndirmə kampaniyaları da daxil olmaqla, yol təhlükəsizliyi tədbirlərinin tətbiqinə və yerinə yetirilməsinə üstünlük verməyə çağırırıq. Medianın cari faciəni işıqlandırarkən çox diqqətli olması, yoxlanılmamış məlumatı və nifrət nitqini yaymaması vacibdir. Xalq müdafiəçisi hadisənin monitorinqini fəal şəkildə davam etdirəcək” – bəyanatda qeyd olunub.

Marneuli-Bolnisi yolunda dünən iki yeniyetmənin həyatını itirməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş vermiş hadisə sözlü və fiziki qarşıdurma ilə müşayiət olunub.

Daxili İşlər Nazirliyi yol-nəqliyyat hadisəsini törədən sürücünün saxlanılması və istintaq aparılması haqda məlumat verir.
Bununla yanaşı, Daxili İşlər Nazirliyi Naxiduri kəndində inkişaf etmiş hadisələrlə bağlı əlavə məlumat yayıb. Məlumatda qarşıdurma zamanı Daxili İşlər Nazirliyinin bir neçə əməkdaşının xəsarət aldığı və 8 vətəndaşın yaralandığı qeyd olunub.