Daxili dövlət əhəmiyyətli Zuqdidi-Cvari-Lasdili avtomobil yolunun km70-km100 (Xaişi-Laxamuli) hissəsində bütün növ avtonəqliyyatın hərəkəti qadağan edildi. Məlumatı Bölgə İnkişaf və İnfrastruktur Nazirliyinin Avtomobil Yolları Departamenti yayır.
Elə onların məlumatına görə, hərəkətin məhdudlaşdırılmasına səbəb daş və qar uçqunu təhlükəsi oldu.