Kutaisi Beynəlxalq Hava Limanına yeni istiqamət, Venesiya əlavə olunacaq. Bu barədə məlumatı Gürcüstan Hava Limanları Birliyi yayır.
Hava Limanları Birliyinin məlumatına əsasən, “Wizz Air” “Airbus A321neo” təyyarəsi ilə dekabrın 2-dən aviareyslər həyata keçirəcək.
“Wizz Air” aviaşirkəti reysləri Venesiya-Kutaisi-Venesiya marşrutu üzrə həftədə iki reys tezliyi ilə çərşənbə axşamı və şənbə günləri həyata keçirəcək. Gürcüstan Hava Limanları Birliyi aviaşirkətlə intensiv danışıqları uğurla başa çatdırıb. Biletləri aviaşirkətin veb saytında əldə etmək olar.
Yay naviqasiya mövsümünün əvvəlində “Wizz Air” Kutaisi Beynəlxalq Hava Limanında Madrid və Hamburq marşrutlarını bərpa etdi, iyundan tamamilə yeni, Lion marşrutu üzrə həftədə iki reys tezliyi ilə birbaşa müntəzəm reysləri həyata keçirməyə başladı.
Aviaşirkət 2022-ci ildən Gürcüstanın aviasiya bazarında lider mövqeyini qoruyub saxlayır. 2025-ci ilin 7 ayının göstəricilərinə əsasən, “Wizz Air” Gürcüstanda 900 minə qədər sərnişinə xidmət göstərib. Təkcə 2025-ci ilin ilk yeddi ayı ərzində isə aviaşirkət Kutaisidən və əksinə, təxminən 4800 reys həyata keçirib, bu da ötən ilin eyni dövrü ilə müqayisədə demək olar ki, 9% çoxdur.
Bu mərhələdə “Wizz Air” Kutaisi Beynəlxalq Hava Limanından Avropa və Yaxın Şərqin 13 ölkəsinin 24 istiqamətinə uçuşlar həyata keçirir” – Hava Limanları Birliyinin yaydığı məlumatda deyilir.