“Wizz Air” aviaşirkəti 2025-ci ilin yanvarın 14-dək İsrail istiqamətində uçuşları dayandırıb

19:31, 15.10.2024

 
“Wizz Air” aviaşirkəti 2025-ci ilin yanvarın 14-dək İsrail istiqamətində uçuşları dayandırıb. Bu haqda məlumatı İsrail mediası yayır.

Macarıstanın “Wizz Air” aviaşirkətinin bəyanatında qeyd olunub ki, oktyabrda İsrail istiqamətində həftədə 270-dən çox reys, o cümlədən Macarıstandan 14 uçuş planlaşdırılmışdı.

Aviaşirkətdə bildirdikləri üzrə, uçuşların dayandırılmasına səbəb regionda mövcud vəziyyətdir.

Oxşar