"Wizz Air" avqustun 1-dən Paris və Tallinə müntəzəm birbaşa uçuşları bərpa edəcək
"Wizz Air" avqustun 1-dən Paris və Tallinə müntəzəm birbaşa uçuşları bərpa edəcək

“Wizz Air” avqustun birindən Paris və Tallinə müntəzəm birbaşa uçuşları bərpa edəcək.

Bu barədə Kutaisi Beynəlxalq Aeroportu məlumat yayır.

“Avqustun birindən “Wizz Air” ikinci əsas təyyarəni hava limanımıza qaytaracaq və Paris və Tallinə birbaşa planlı uçuşları bərpa edəcək.

Tallinə birbaşa müntəzəm uçuşlar avqustun birindən həftədə iki dəfə, avqustun dördündən isə, Parisə həftədə bir dəfə həyata keçiriləcək.

Afina, Berlin, Barselona, ​​Riqa, Dortmund, Memminqen, Milan, Praqa, Saloniki və Vroslava uçuşların tezliyi artırılacaq”, – məlumatda deyilir.